media-608890377_122210885066049043_4033369208446306541_n
Naxçıvan şəhərinin mərkəzi meydanında Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə möhtəşəm “Qış festivalı” keçirilir.
ERAmedia-nın müxbiri xəbər verir ki, “Qış festivalı” naxçıvanlıların və şəhərin qonaqlarının çoşqusu ilə qeyd olunur. Ziyasətçilər festival ərazisində quraşdırılmış 20-dən artıq köşkdə müxtəlif növ iaşə xidmətləri, isti içkilər və bayram ləzzətlərindən faydalana bilərlər.
Qeyd olunub ki, qışı tamam fərqli bir ab-havada yaşamaq, yeni ilə xoş ovqat və unudulmaz xatirələrlə qədəm qoymaq istəyirsinizsə, bu festival tam sizlikdir.
Rəngarəng işıqlar, gözoxşayan dekorasiyalar, populyar ulduzların iştirakı ilə musiqili gecələr, şən proqramlar və əsl bayram coşqusu — ailəniz və dostlarınızla birlikdə Yeni ili qarşılamaq üçün ideal məkandır.
“Qış festivalı”ndan fotoları təqdim edirik:

media-adspc

Bənzər xəbərlər