media-603849651_122210654024049043_5554417673896451789_n
media-bant_master
Naxçıvan şəhərinə mövsümün ilk qarı yağıb. Şəhərinə yağan ilk qardan sonra buzlaşmanın qarşısının alınması məqsədilə gecə saatlarından başlayaraq avtomobil yollarına qum və duz qarışığı səpilib
ERAmedia-a xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, qar yağması ilə əlaqədar olaraq, şəhərin küçə və prospektlərində yaranan buzlaşma təhlükəsinin qarşısının alınması məqsədilə Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi tərəfindən axşam saatlarında avtomobil yollarına qum və duz qarışığı səpilib.
Görülən bu tədbirlər nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkətinin təmin olunmasına xidmət edir.
Əli Fərhad

media-adspc

Bənzər xəbərlər