Naxçıvan Səhiyyə Nazirliyində qəbul - FOTO
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov nazirliyin inzibati binasında vətəndaşların qəbulunu həyata keçirib.
ERAmedia xəbər verir ki, qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, əsasən müayinə və müalicə, cərrahi əməliyyatların təşkili, eləcə də əlillik məsələləri ilə bağlı qaldırılan problemlər diqqətlə araşdırılıb.
Samiq Sadıxov vətəndaşların müraciətlərinin operativ şəkildə həlli üçün müvafiq tapşırıqlar verib, onların müraciətlərinə fərdi qaydada yanaşılıb. Nazir qeyd edib ki, əhalinin sağlamlığının qorunması, keyfiyyətli tibbi xidmətlə təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu istiqamətdə ardıcıl tədbirlər görülməkdədir.