media-571255469_122266753628029036_1830048101203314607_n-1
media-bant_master
Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov nazirliyin inzibati binasında vətəndaş qəbulu keçirib. Qəbulda müxtəlif bölgələrdən gələn sakinlər iştirak edib, onların müraciətləri dinlənilib.
ERAmedia xəbər verir ki, vətəndaşlar əsasən əlilliyin təyin edilməsi, müalicə və müayinə ilə bağlı müraciətlər, eləcə də səhiyyə müəssisələrində işlə təminat məsələlərini gündəmə gətiriblər. Nazir hər bir vətəndaşla fərdi qaydada söhbət apararaq, qaldırılan məsələlərin araşdırılması və həlli üçün tapşırıqlar verib.
Qəbul zamanı Samiq Sadıxov bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi səhiyyə sahəsində həyata keçirilən işlərin əsas prioritetlərindəndir. O, əlavə edib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə müvafiq tədbirlər görüləcək.

media-adspc

Bənzər xəbərlər