Naxçıvan Treninq və Simulyasiya Mərkəzində təlim keçirilib
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun rəhbər heyəti Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Treninq və Simulyasiya Mərkəzində təlim keçirib.
ERAmedia xəbər verir ki, təlimin əsas məqsədi tibb işçilərinin bilik və bacarıqlarının artırılması, ağciyər xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsində müasir yanaşmaların tətbiqinin təşviq edilməsi olunub. Təlim çərçivəsində müxtəlif mövzularda təqdimatlar və praktik məşğələlər keçirilmiş, iştirakçılara elmi-praktiki biliklər çatdırılıb. Təlimin sonunda iştirak edən həkimlərə sertifikatlar təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin Stasionar şöbəsinin müdiri, fizioterapevt İlqar Rzayev səhiyyə sahəsində səmərəli fəaliyyətinə və fəallığına görə təltifnamə ilə mükafatlandırılıb.
Tədbirdə Ailə sağlamlıq mərkəzlərinin direktorları, tibb işçiləri və digər səhiyyə mütəxəssisləri də iştirak etmiş, təlimin əhəmiyyəti və gələcəkdə bu cür tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.