media-1777289755304889161_1200x630

Prezident İlham Əliyevin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Qərarın icrası başa çatıb. Amnistiya aktının icrası Naxçıvan Muxtar Respublikasında da 4 ay müddətində həyata keçirilib.

ERAmedia-ya bu barədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlətin humanizm siyasətinin növbəti təzahürü olan sayca 13-cü amnistiya aktı muxtar respublikada ümumilikdə 305 şəxsə şamil edilib.

Amnistiya tətbiq olunan şəxslərin 62-si müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 78 nəfərin cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.

Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 165 şəxsə də amnistiya tətbiq edilib.


media-adspc

Bənzər xəbərlər