media-1770742721_yol-neqliyyat-hadisesi

Naxçıvan şəhərində dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ERAmedia-nın xəbərinə görə,  şəhərin 21-ci məhəlləsində 71-BB-947 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 72-BG-196 dövlət nömrə nişanlı “Ssang Yong” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində 1963-cü il təvəllüdlü Cəfərova Rüfət Əyyub qızı, 1958-ci il təvəllüdlü Cəfərova Fatma Cəfər qızı, 1982-ci il təvəllüdlü Babayeva Gülnarə Məmməd qızı və 1981-ci il təvəllüdlü Qəhrəmanova Aliyə Hümbət qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər