media-17797179951901562101_1200x630

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Naxçıvan-Ordubad magistral avtomobil yolunda təmir işləri görülür.

Agentliyin mətbuat xidmətindən ERAmedia-ya bildirilib ki, yolların müəyyən hissələrində deformasiyaya uğramış köhnə asfalt-beton örtüyü xüsusi texnika vasitəsilə frezlənərək ərazidən kənarlaşdırılır.

Görülən təmir-bərpa işləri nəticəsində yolun hərəkət hissəsindəki mövcud problemlər tam aradan qaldırılır, nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkəti təmin edilir.

İşlərin tez bir zamanda yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

media-17797179953855640080_1200x630


media-adspc

Bənzər xəbərlər