media-17709910923061818427_1200x630

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dağlıq ərazilərdə çöl heyvanlarının qidaya olan tələbatının qismən ödənilməsi məqsədilə biotexniki tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən ERAmedia -ya bildirilib ki , tədbir çərçivəsində çöl heyvanlarının sıx məskunlaşdığı, eyni zamanda, qalın qar örtüyünün müşahidə olunduğu ərazilərə 30 kip qaba yem və 150 kiloqram daşduz, eyni zamanda, yırtıcı heyvanlar üçün 80 kiloqram ət yerləşdirilib.


media-adspc

Bənzər xəbərlər