media-1768376515232259493_1200x630

media-1768376515438141847_1200x630

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin tikintisini davam etdirir.

ERAmedia-ya ADY-dən bildirilib ki, uzunluğu 194,1 km olan dəmir yolu boyunca 10 stansiyanın yenidən qurulması, 814 mühəndis qurğusunun, o cümlədən 29 körpü, 4 tunel və 12 qalereyanın inşası nəzərdə tutulur.

Bu dəmir yolu xətti Zəngəzur dəhlizinə qoşularaq həm Azərbaycanın əsas hissəsinin Naxçıvan MR ilə birbaşa quru əlaqəsini, həm də Orta Dəhliz və “Şimal-Cənub” dəhlizinin mühüm seqmenti olaraq Türkiyə və Avropa bazarlarına çıxışı təmin edəcək.

media-17683765154131225441_1200x630


media-adspc

Bənzər xəbərlər