Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında emal sənayesinin bir sıra fəaliyyət sahələri üzrə məhsul istehsalında artım qeydə alınıb.
ERAmedia-ya Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, hesabat dövründə qida məhsullarının istehsalı 101 milyon 568,7 min manat, içki istehsalı 78 milyon 838,3 min manat, tikinti materiallarının istehsalı 23 milyon 171,8 min manat, geyim istehsalı 3 milyon 199 min manat, avtomobil istehsalı 1 milyon 357,9 min manat, kimya sənayesi məhsullarının istehsalı 1 milyon 118,5 min manat, kağız və karton istehsalı 951,3 min manat, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə istehsalın həcmi isə 180,9 min manat təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 5,2 faiz, içki istehsalında 2,2 faiz, tikinti materiallarının istehsalında 15,8 faiz, geyim istehsalında 3,1 dəfə, avtomobil istehsalında 5,3 dəfə, kimya sənayesində 31,4 faiz, kağız və karton istehsalında 80,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə isə 2,1 dəfə artım qeydə alınıb.
Yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında emal sənayesində ümumilikdə 304 milyon 119 min manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur.










