Naxçıvanda “Gələcəyin Peşələri Sammiti” keçirilir
Naxçıvan şəhərində “Gələcəyin Peşələri Sammiti” təşkil olunub.
Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı baş tutub.
Sammitdə Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, rəsmi şəxslər və gənclər iştirak edirlər.
Tədbirdə əmək bazarının gələcək tələbləri, innovativ peşələr və rəqəmsal bacarıqların inkişafı mövzularında müzakirələr aparılır.









