media-66d5e9ce-d88b-48ce-94be-7688adde1855

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Naxçıvan şəhərinin mərkəzi meydanında, Heydər Əliyev prospektində Yeni il şənliyi təşkil olunub.

ERAmedia xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev və digər rəsmi şəxslər şəhər meydanına gələrək Yeni il şənliyini izləyiblər.

Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov bir-birindən maraqlı ifalar səsləndirib, Naxçıvan Dövlət Filarmoniyasının solistləri və rəqs kollektivlərinin çıxışları olub, ölkəmizin 2025-ci ildə qazandığı uğurlardan bəhs edən videoçarxlar nümayiş etdirilib.

Prezident İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciəti meydanda quraşdırılan monitor vasitəsilə yayımlanıb.

Yeni ilin gəlişi münasibətilə Naxçıvan şəhərində möhtəşəm atəşfəşanlıq olub. Muxtar respublika sakinləri 2026-cı ili həmrəy şəkildə, xoş ovqatla qarşılayıblar.

 


media-adspc

Bənzər xəbərlər