media-videoedited
media-screenshot_2024-09-24_102417_0
media-shehidler_olmez_baner_full

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 171,4 milyon manat vəsait yönəldilib.

ERAmedia-ya bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,3 % çoxdur. 9 ay ərzində istifadə olunmuş vəsaitin 49,2 milyon manatı və yaxud 28,7 %-i məhsul istehsalı sahələrinə, 40,3 milyon manatı və yaxud 23,5 %-i xidmət sahələrinə, 81,9 milyon manatı və yaxud 47,8 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Bundan başqa, əsas kapitala vəsait qoyuluşunun 138,3 milyon manatı və yaxud 80,7 %-i tikinti-quraşdırma işlərinin payına düşub ki, bu da 1 il əvvələ nisbətən 27,8 % çoxdur.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər