media-17773885103588225830_1200x630

Naxçıvan şəhərində yerləşən Naxçıvan Biznes Mərkəzində mayın 1-i saat 10:00-da növbəti əmək yarmarkası keçiriləcək.

ERAmedia Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, yarmarkada 30-dan çox işəgötürən üzrə 150-dən çox vakansiya muxtar respublika sakinlərinə təqdim ediləcək.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Yarmarkada işaxtaran və işsiz şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaq imkanı yaradılır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.


media-adspc

Bənzər xəbərlər