Naxçıvanda maşınla avtobus toqquşub - xəsarət alanlar var
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
ERAmedia xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib.
Belə ki, “KİA” markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrutxətti üzrə hərəkət edən avtobus toqquşub.
Hadisə nəticəsində Naxçıvan şəhər sakinləri – 1987-ci il təvəllüdlü Abdullayeva Təhminə Qəhraman qızı, 1987-ci il təvəllüdlü Qafarova Lamiyə Rüfət qızı və 1981-ci il təvəllüdlü Vəliyeva Vəfa Hüseyn qızı xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının təcili şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.










