Naxçıvanda qarın hündürlüyü 1 metri keçib
Muxtar respublikanın bəzi ərazilərində qarlı hava şəraiti müşahidə olunur.
ERAmedia Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinə istinadən bildirir ki, fevralın 28-nə olan məlumata əsasən, muxtar respublikanın bir sıra ərazilərində qar örtüyü qeydə alınıb.
Qar örtüyünün hündürlüyü Şahbuz rayonunda 4 sm, Kəngərli rayonunda 1, Şərur rayonunun Axura kəndində 3, Şahbuz rayonunun Kükü kəndində 68, Biçənək kəndində 33, Culfa rayonunun Göydərə kəndində 1, Parağaçay Qar Uçqunu Stansiyasında isə 34 santimetr təşkil edir. Parağaçay Qar Uçqunu Stansiyasının 3000 metr yüksəklikdə yerləşən ərazisində isə faktiki qar örtüyünün hündürlüyü 114 santimetr qeydə alınıb.
Hazırda qar yağması müşahidə olunmur.









