media-videoedited
media-556917100_122263300970029036_632811089701583153_n
media-shehidler_olmez_baner_full
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş “Qəlblərimiz Zəfərlə Döyünür” adlı tibbi aksiya başa çatıb. Aksiya müddətində muxtar respublikanın 7 Ailə Sağlamlıq Mərkəzində əhalinin kardioloji müayinələri aparılıb.
ERAmedia xəbər verir ki, Ümumdünya Ürək Gününə həsr edilən və aksiya ilə bağlı yekunları əhatə edən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov açılış nitqi ilə çıxış edərək son dövrlərdə səhiyyə sahəsində həyata keçirilən yeniliklərdən, eləcə də şəhid və qazi ailələrinə göstərilən xüsusi diqqət və qayğıdan bəhs edib.
Daha sonra şəhid həkimlərin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.  Treninq və Simulyasiya Mərkəzində şəhidlərimizin adını daşıyan təlim otaqlarını əks etdirən videomateriala baxış olub.
Tədbirdə Nazirliyin əməkdaşı, həkim-kardioloq Süleyman Cəfərov, ürək-damar cərrahı, uzman Dr. İlyas Məmmədyarov və həkim-rezident Dilbər Nağıyeva çıxış ediblər.
Tədbirdə aksiya çərçivəsində həyata keçirilən müayinələr barədə məlumat verilib. Bildirilib ki, aksiya müddətində ümumilikdə 300-ə yaxın vətəndaş kardioloji müayinədən keçib, 50 nəfərə yaxın şəxsdə isə exokardioqrafik müayinə aparılıb.
Sonda aksiya iştirakçısı olan həkim-kardioloqlara və tibbi heyətə təşəkkürnamələr təqdim olunub.

media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər