Naxçıvanda vergi daxilolmaları 2,2 faiz artıb
Bu ilin yanvar–iyun aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 118,3 milyon manatdan çox vergi daxil olub.
ERAmedia xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,2 faiz və ya 2,5 milyon manat çoxdur.
Qeyri-dövlət sektorundan daxilolmalar 84,4 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8,4 faiz və ya 6,6 milyon manat artıb. Ödənilən vergilərin 71,4 faizi qeyri-dövlət sektorunun, 28,6 faizi isə dövlət sektorunun payına düşüb.
2026-cı ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz artaraq 2,4 milyon manata yaxın olub.










