media-cari_vergi_dmlri

Cari ilin fevral ayının 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 54 min 536 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

ERAmedia Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, 2025-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,4 faiz, hüquqi şəxslərin sayı isə 5,4 faiz artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz artaraq 1791 vahid olub.


media-adspc

Bənzər xəbərlər