media-17807411493048726635_1200x630

Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında Vl siniflər üçün monitorinq keçirilib.

Muxtar Respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən ERAmedia xəbər verir ki, Naxçıvanda monitorinq 17 mərkəzdə təşkil olunub. Monitorinqdə muxtar respublikanın ümumtəhsil müəssisələrindən 5 minə yaxın şagird iştirak edib.

Monitorinqin əsas məqsədi şagird nailiyyətlərinin yaxşılaşdırılması, onların müvafiq standartlar üzrə bilik və bacarıqlarının səviyyəsinin müəyyən edilməsi, həmçinin tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.

Qeyd edək ki, bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar da daxil edilib.


media-adspc

Bənzər xəbərlər