media-naxcivan-seheri_07-01-2024_21-42

Cari ilin yanvar-iyun aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 70 milyon 470 min 950 ABŞ dolları təşkil edib.

ERAmedia xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, ticarət dövriyyəsinin 6 milyon 649 min 400 dollarını və ya 9,4 faizini ixrac olunmuş məhsulların, 63 milyon 821 min 550 dollarını və ya 90,6 faizini isə idxal məhsullarının dəyəri təşkil edib.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 22,5 faiz, o cümlədən idxal 23,4 faiz, ixrac isə 14,4 faiz artıb.


media-adspc

Bənzər xəbərlər