media-642407522_3563492413792897_2775005711234530046_n

Fevralın 26-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət rəsmiləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları və ictimaiyyət nümayəndələri Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət ediblər.

ERAmedia xəbər verir ki, abidə önünə güllər qoyulub, Xocalı soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsinə ehtiram ifadə olunub.


media-adspc

Bənzər xəbərlər