media-17902536071895236505_1200x630

Sentyabrın 24-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov beynəlxalq əməkdaşlıq çərçivəsində xarici dövlətlərin Polis akademiyalarında hüquq təhsili almaq üçün ezam olunan kursantları qəbul edib.

ERAmedia-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir həyatlarında ən əlamətdar günlərdən biri – polis kursantı adına layiq görülmələri münasibətilə gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.

Dövlətimizin başçısının gənclərə hər zaman böyük diqqət və qayğı göstərdiyini xatırladan nazir yüksəkmənəviyyatlı, işgüzar və istedadlı gənclərin ölkəmizin ictimai həyatında təmsil olunmaları, onların dövlət idarəçiliyində xidmətdə irəli çəkilmələri üçün zəruri addımların atıldığını diqqətə çatdırıb.

Kursantlara Vətənimizin, eləcə də Azərbaycan polisinin adını daim uca tutmağı, eyni zamanda, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini artırmalarını, daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyə edilib.


media-adspc

Bənzər xəbərlər