Nazir idman federasiyalarının rəsmiləri ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 24-cü görüşünü keçirib.
Nazirliyin mətbuat xidmətindən ERAmedia-ya verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə nazir Fərid Qayıbov son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə danışıb.
Görüşün gündəliyinə uyğun olaraq VI İslam Həmrəyliyi Oyunlarının yekun hesabatı, “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına hazırlıq prosesi, idmançıların qeydiyyatı və təsnifatlaşdırılması məsələləri barədə məlumat verilib. Həmçinin süni intellekt (AI), “Azərfit” layihəsi, eləcə də fiziki və psixoloji hazırlıq planları barədə təcrübəli xarici mütəxəssislər Edvard Kolar, Rado Pisot, Matej Tusak və Tomaz Levakın təqdimatları dinlənilib.
Görüşdə idman növləri üzrə məşqçilik kursları, nazirliyin tabeliyində fəaliyyət göstərən UGİM-lərlə bağlı məsələlər, bu il Seneqalda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları, eləcə də Bakı-2026 “Dünyanın İdman Paytaxtı” barədə məlumat verilib, federasiyaların sosial media fəaliyyəti ilə bağlı hesabat təqdim edilib.









