media-mudafie__1_

Ötən gün İranın Naxçıvana dron hücumundan sonra Təhlükəsizlik Şurasının iclasını keçirən Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin istənilən əməliyyatı keçirməyə hazır olmalı olduğunu vurğulayıb.

“Bizim Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar”, – Azərbaycan lideri qeyd edib.

ERAmedia xəbər verir ki, Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında 1 nömrəli səfərbərlik hərbi termininin izahı qeyd olunub.

“1 nömrəli səfərbərlik – silahlı qüvvələr tam döyüş hazırlığına gətirilir, ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilir, hərbi hissələr döyüş mövqelərinə və ya təyin olunmuş ərazilərə çıxarılır”, – paylaşımda bildirilib.


media-adspc

Bənzər xəbərlər