Nazpəri Dostəliyevadan təsirli paylaşım - VİDEO
Xalq artisti Nazpəri Dostəliyeva nəvəsi Tamerlanla birlikdə mərhum oğlu Əlinin məzarını ziyarət edib.
ERAmedia xəbər verir ki, o ziyarətdən görüntülər paylaşaraq oğlunun ad günü olduğunu bildirib.
“5 ildir sənsiz keçirdiyimiz ad günün mübarək. Ad günün mübarək, oğlum. Ad günün mübarək, ata”, – deyə əlavə edib.
Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli 2021-ci ildə, 41 yaşında ürək çatışmazlığından vəfat edib. O, həyat yoldaşından bir neçə il əvvəl ayrılmışdı.










