Suqovuşanda müasir yaşayış və sosial infrastruktur yaradılıb | Dubayda Ərəb Media Sammiti keçiriləcək | XIV Beynəlxalq Altay topluluqları simpoziumu keçirilir | Bu il 124 mindən çox uşaq birinci sinfə gedəcək | İraq OPEC-dən tələb edir | Vuçiç ölkə parlamentini buraxıb | Sudan səmərəli istifadəni təkmilləşdirməliyik - Muxtar Babayev | Onlar beynəlxalq dərəcəli güləş hakimləri oldular | Türkiyə futbolunda İLK | Qanunsuz ov edən şəxslər saxlanılıblar | Fransada nazirlərin maaşları azaldılacaq | ...hündürlükdən yerə yıxılaraq həyatlarını itiriblər - VİDEO | Nəcəf Nəcəfovun barelyefi oğurlayan şəxs tutulub | İqlim maliyyəsinin səfərbər edilməsi mövzusunda dəyirmi masa keçirilib | Mikayıl Cabbarov Roland Prays ilə görüşüb | AQTA fermerlərə və sahibkarlara çağırış edib | Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir | Türkoloji Qurultayın 100 illiyinə həsr olunan Altay Toplulukları Simpoziumu elmi əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcəkdir - Hikmət Quliyev | Növbəti peşə tanınması imtahanı sentyabrın 29-da keçiriləcək | QHT-lər üçün qrant müsabiqəsi elan edilir
media-img_8368

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Naxçıvan Dövlət Universiteti (NDU) arasında anlaşma memorandumunun imzalanmasına həsr olunan tədbir keçirilib.

ERAmedia xəbər verir ki, NDU-nun rektoru Elbrus İsayev universitetin son illərdə elm, təhsil və beynəlxalq əməkdaşlıq sahələrində əldə etdiyi nailiyyətlərdən və qarşıda duran hədəflərdən bəhs edib. Bildirib ki, AzTU ilə əməkdaşlıq çərçivəsində kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və rəqəmsal dayanıqlılıq sahələrində birgə tədris, elmi-tədqiqat və innovasiya layihələri həyata keçiriləcək.

Rektor qeyd edib ki, təhlükəsizlik əməliyyat mərkəzləri, təhlükə kəşfiyyatı, bulud təhlükəsizliyi, süni intellektin təhlükəsizliyi və məlumatların qorunması istiqamətlərində də tərəflər arasında əməkdaşlıq nəzərdə tutulur.

AzTU-nun rektoru Vilayət Vəliyev isə qeyd edib ki, əməkdaşlığa əsasən süni intellekt, maşın və dərin öyrənmə, generativ süni intellekt, agent əsaslı sistemlər, qərar dəstəyi sistemləri və məsuliyyətli “AI” sahələrində birgə tədqiqat və tədris fəaliyyətləri təşkil olunacaq. Eyni zamanda, doktorantların elmi fəaliyyətinin dəstəklənməsi məqsədilə birgə elmi rəhbərlik, dissertasiya tədqiqatları, seminarlar və mentorluq proqramları reallaşdırılacaq.

Qeyd olunub ki, universitetlər Türk Dövlətləri Təşkilatı, Dünya Bankı, Asiya İnkişaf Bankı və digər donor qurumların maliyyələşdirdiyi beynəlxalq və regional qrant proqramlarında birgə iştirak imkanlarını da araşdıracaqlar.

Daha sonra AzTU ilə NDU arasında anlaşma memorandumu imzalanıb.

Memorandum əməkdaşlığın genişləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və innovativ layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Sənəddə beynəlxalq və milli qrant proqramları çərçivəsində birgə layihələrin hazırlanması, məqalələrin birgə nəşri, energetika, telekommunikasiya, süni intellekt, “Big Data” və kibertəhlükəsizlik istiqamətlərində birgə laboratoriyaların və innovasiya mərkəzlərinin yaradılması imkanları da əksini tapıb.

Tərəflər həmçinin elmi konfransların, simpoziumların, qısamüddətli kursların təşkili, ömürboyu təhsil proqramlarının həyata keçirilməsi, innovativ tədris təcrübələrinin paylaşılması və elmi-metodik nəşrlərin mübadiləsi sahələrində əməkdaşlıq edəcəklər.

AzTU ilə NDU arasında anlaşma memorandumu imzalanıb - FOTOLAR


media-adspc

Bənzər xəbərlər

media-banner-voyage-160-desktop