media-17879180181870635040_1200x630

Naxçıvan Dövlət Universitetinin “Enactus” komandası 2026-cı il “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub.

ERAmedia xəbər verir ki, Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu, NDU komandasının “Enactus” üzrə 6-cı çempionluğudur. Yarışda uğur qazanan komanda növbəti mərhələdə Azərbaycanı “Enactus World Cup 2026”-da təmsil edəcək. Dünya Kuboku bu il Braziliyada keçiriləcək.

NDU-nun “Enactus” komandası tələbələrin innovativ ideyalarının dəstəklənməsi, layihələrin reallaşdırılması və beynəlxalq təcrübənin təşviqi istiqamətində yaradılan imkanlardan yararlanaraq növbəti böyük uğura imza atıb.


media-adspc

Bənzər xəbərlər