Nəcəf Nəcəfovun barelyefi oğurlayan şəxs tutulub
Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub.
ERAmedia xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ü.Kazımov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Fakta görə cinayət işi başlanılıb. Barelyef satıldığı yerdə aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edək ki, hadisə İkinci Fəxri xiyabanda qeydə alınıb.










