media-1790796017460173782_1200x630

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində cavab oyununu keçirib.

ERAmedia xəbər verir ki, Azərbaycan təmsilçisi Estoniyada “Parnu” komandasının qonağı olub. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 73:61.

İki oyunun nəticəsinə əsasən estonları 141:140 hesabı ilə məğlub edən “Neftçi” adını Avropa Kubokunun əsas mərhələsinə yazdırıb.

Komanda əsas mərhələnin H qrupunda “Oradya” (Rumıniya), “Fribur Olimpik” (İsveçrə), VEF (Latviya), “Mikonos” (Yunanıstan) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) komandaları ilə mübarizə aparacaq.


media-adspc

Bənzər xəbərlər