media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall
media-susila-karki-20250911173322
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Nepal Prezidenti Ram Çandra Paudel keçmiş baş hakim Suşila Karkini ölkənin müvəqqəti hökumətinin sədri təyin etmək qərarına gəlib.

ERAmedia xəbər verir ki, bu barədə “Himalayan Times” qəzeti məlumat yayıb. Qeyd olunur ki, bu addım parlamentin dərhal buraxılmasını və partiyasız müvəqqəti administrasiyanın yaradılmasını tələb edən etirazçıların çağırışlarına uyğun olaraq atılıb.

Keçmiş baş hakim artıq Nepalın müvəqqəti hökumət rəhbəri kimi and içib.

Qeyd edək ki, sentyabrın 8-dən Nepalda kütləvi etirazlar başlayıb. Nepalın Baş naziri Şarma Oli sentyabrın 9-da istefa verib.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər