Nepalda etirazlar - Aeroport yandırılıb
Nepalda etirazçılar Bhayrahavada yerləşən Qautam Budda adına Beynəlxalq Hava Limanını yandırıblar.
ERAmedia xəbər verir ki, bu barədə “Kathmandu Post” qəzeti məlumat yayıb.Məlumata görə, təxminən 1 000 nümayişçi hava limanının ərazisinə daxil olaraq əmlaka zərər vurub və bir neçə avtomobili yandırıb.Eyni zamanda, Nepal Silahlı Qüvvələri “Gen-Z” gənclər hərəkatının etirazları nəticəsində yaranmış iğtişaşlar fonunda xalqı və dövlət əmlakını qorumaq öhdəliyinə sadiq olduqlarını bəyan ediblər.
Ordu vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün vətəndaşlara təmkinli davranmağı tövsiyə edib.










