Nərgiz İsmayılova Avropa Liqasının oyunlarına təyinat aldı
Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb.
ERAmedia-ya AVF-dən bildirilib ki, o, qadın voleybolçular arasında Avropa Liqasının oyunlarına supervayzer təyin olunub. İsmayılova iyunun 12-14-də Yunanıstanın Saloniki şəhərində, 19-21-də isə Estoniyanın paytaxtı Tallində keçiriləcək qarşılaşmalarda supervayzer kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Yunanıstanda keçiriləcək oyunlarda Portuqaliya, Kosovo və ev sahibi Yunanıstan milli komandaları mübarizə aparacaqlar. Estoniyada təşkil olunacaq qarşılaşmalarda isə Latviya, Yunanıstan və ev sahibi Estoniya milli komandaları iştirak edəcəklər.










