media-17861325115537849814_1200x630

Türkiyənin “Ərzurumspor” komandası Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin transferini açıqlayıb.

ERAmedia-nın məlumatına görə, 22 yaşlı hücumçu ilə 1 illik icarə müqaviləsi imzalanıb. Mərasimdə Ərzurum təmsilçisinin prezidenti Ahmet Dal da iştirak edib.

Qeyd edək ki, Nəriman Axundzadə müqavilə ilə ABŞ-nin “Kolambus Kryu” klubuna məxsusdur. Futbolçu bu komandaya cari ilin fevral ayında “Qarabağ”dan keçib və 3,5 illik müqaviləyə imza atıb.


media-adspc

Bənzər xəbərlər