Nəriman Həsənzadənin sağlıq durumu açıqlanıb
Xalq şairi Nəriman Həsənzadənin stasionar müalicəsi davam edir.
ERAmedia xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, onun vəziyyəti ağır-stabil olaraq qalır.
Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.(Mənbə APA)










