Nərmin Həsənliyə vəzifə verilib
Nərmin Müşfiq qızı Həsənli Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini vəzifəsinə təyin edilib.
ERAmedia xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətindən bildirilib.
Nərmin Həsənli 2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2007-ci il tarixli Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülüb.
2011-ci ildə bakalavriat, 2015-ci ildə isə magistratura təhsil pillələrini fərqlənmə diplomu ilə başa vurub. 2013–2019-cu illərdə Ədliyyə Nazirliyində məsləhətçi vəzifəsində çalışıb. 2020-ci ildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasında müəllim kimi fəaliyyət göstərir. Eyni zamanda, 2023-cü ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.









