Nəsimi Nəbizadənin qardaşı saxlanılıb
Dünən reablitasiya mərkəzindən qaçışı ilə gündəm olan Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub.
ERAmedia xəbər verir ki, yenilik.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Elnur Nəbizadə və daha iki nəfər Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Onlardan ümumilikdə 13 kq narkotik götürülüb.
Məhkəmənin qərarı ilə saxlanılanlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Elnur Nəbizadənin hüquqlarını müdafiə edən vəkil Anar Qasımlı faktı təsdiqləyib.










