Netanyahu: İran iki dəfə Trampı öldürməyə cəhd edib
İran ABŞ prezidenti Donald Trampı iki dəfə aradan götürməyə cəhd edib.
ERAmedia xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu “Newsmax”a verdiyi müsahibədə bildirib.
“Baxın, müharibədən əvvəl nə baş verdiyini xatırlasaq, İran Yaxın Şərqdə və dünyada əsas təxribatçı idi. O, bir çox qitələrdə, o cümlədən Qərb yarımkürəsində dövlət terrorizminin əsas sponsoru idi, hətta Venesuela və digərləri ilə birlikdə”, — deyə Netanyahu bildirib.
Onun sözlərinə görə, Əfqanıstanda minlərlə insan əldəqayırma partlayıcı qurğular səbəbindən öldürülüb və yaralanıb. O, həmçinin qeyd edib ki, İran ABŞ səfirliklərini “bombalayıb”.
Netanyahu iddia edir ki, İran ABŞ prezidenti Donald Trampı iki dəfə aradan götürməyə cəhd edib və “hələ də” bunu etmək istəyir.
Vural










