Nəzirməmməd Zöhrablıya yeni vəzifə verilib
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına yeni mətbuat katibi təyin olunub.
ERAmedia-nın məlumatına görə, bu vəzifəyə tanınmış jurnalist Nəzirməmməd Zöhrablı təyinat alıb.
Nəzirməmməd Zöhrablı 1965-ci ildə Masallı rayonunun Qədirli kəndində anadan olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1993-cü ildən mətbuat sahəsində fəaliyyət göstərir.
“Odlar Yurdu”, “Respublika”, “Panorama”, “Yeni Zaman”, “Vətəndaş Həmrəyliyi”, “Xəzər” qəzetlərində, AzTV, ANS TV telekanallarında müxbir, şöbə müdiri, redaktor işləyib.
Bundan başqa, Söz Azadlığını Müdafiə Fondunda (SAMF) layihələr üzrə koordinator, Mədəniyyət Nazirliyinin “Xatirə” kitabı redaksiyasında, Qaynar TV-də, Kinoinfo.az internet portalında redaktor vəzifələrində çalışıb.
Bir neçə kitabın müəllifi, həmmüəllifidir.









