media-723585762_10242735978034247_3719510581891344172_n

“Space” televiziyasına yeni bədii rəhbər təyin olunub.

ERAmedia xəbər verir ki, bununla bağlı telekanalın baş direktoru Ayaz Mustafayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nicat Qafuroğlu (Mustafayev) “Space”in bədii rəhbəri vəzifəsinə gətirilib.

42 yaşlı N.Qafuroğlu bu təyinata qədər ARB 24 televiziyasının baş prodüseri vəzifəsində çalışıb.

Qeyd edək ki, mayın əvvəlində “Space”də rəhbər dəyişikliyi olub. Televiziyanın baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb. Həmin posta Ayaz Mustafayev təyin olunub.


media-adspc

Bənzər xəbərlər