media-17809004326288226649_1200x630

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarında sürücülərə müraciət edib.

ERAmedia-ya NİİM-dən bildirilib ki, qaydaları bilməməkdən çox, onlara əməl edilməməsi yol-nəqliyyat hadisələrinin başlıca səbəblərindən biridir.

Qeyd olunub ki, Bakı yollarında maddi zərərlə nəticələnən qəzaların əhəmiyyətli hissəsi sürücü diqqətsizliyi, xüsusilə sükan arxasında mobil telefondan istifadə halları ilə bağlıdır.

Mərkəzin məlumatına görə, hərəkət zamanı diqqətini yoldan yayındıran sürücülər svetoforun qırmızı işığında dayanma, qarşıda yaranan nəqliyyat sıxlığı və ya texniki nasazlıq səbəbindən yolun bağlanması kimi hallarda vaxtında reaksiya verə bilmirlər. Nəticədə sürət düzgün tənzimlənmir və qəzaların baş vermə riski artır.

Bildirilib ki, belə hadisələr çox zaman ölüm və ya xəsarətlə nəticələnir, ən yaxşı halda isə maddi ziyanla yekunlaşır və digər yol hərəkəti iştirakçılarını da risk altında qoyur.

NİİM sürücülərə yollarda diqqətli olmaları və məsuliyyətli davranmaları ilə bağlı çağırış edib.

 


media-adspc

Bənzər xəbərlər