Nikol Paşinyandan çağırış
Ermənistan Respublikasının müstəqilliyinin 34-cü ildönümünü ilə bağlı xalqa müraciətində 1991-ci il sentyabrın 21-də referendum gələnlərin 94 faizinin üçüncü Ermənistan Respublikası quruculuğuna “Hə”-dediyini xatırladan ölkənin baş naziri Nikol Paşinyan o insanların “Azad, dinc, firavan, xoşbəxt dövlət qurmaq kimi təbii istəkləri rəhbər tutduqlarını”- deyərək, onların əslində “ən ağır və faciəli günlər” yaşadığını səsləndirib. O günlərin arxada qala biləcəyi üçün tarixi şansın yarandığını vurğulayan Ermənistan lideri bu şansı “2025-ci il avqustun 8-də bərqərar olmuş sülhlə həmin arzu Ermənistan Respublikasını bir daha doldurdu və bizim borcumuz əvvəlcə onu əzizləmək, sonra isə reallığa çevirməkdir”-deyərək qiymətləndirib.
Bu fikirləri ERAmedia – ya açıqlamasında Qərbi Azərbaycan mövzusu üzrə çoxsaylı araşdırma, məqalə və filmlərin müəllifi tanınmış jurnalist, regional məsələlər üzrə ekspert Firuz Novruzov deyib. O, “21-ci əsrin birinci rübündə taleyimizin çarxının həqiqətən bizim əlimizdə olduğunu başa düşərək, özümüzə ata və ana olmalıyıq və o çarxı heç vaxt buraxmamalıyıq”- sözləri ilə başa çatan müraciətində Nikol Paşinyan, Azərbaycan Respublikası ilə bağlanacaq sülh müqaviləsindən sonra 4-cü Respublikanın qurulacağına işarə edib.
“Tarix “sıfır nöqtəsindən” başlamır”- fikrinin qabardıldığı digər müraciətin müəllifi, “Ermənistan Respublikasının 3-cü prezidenti” Serj Sarkisyan isə “yaddaşımızı silməyə, tarixi təhrif etməyə, keçmişi inkar etməyə, qələbələri rədd etməyə çalışanlar”ın “Qanı suya, itkiləri statistikaya, qəhrəmanlığı tarixi səhvə çevrilə bilinməyəcəyini” vurğulamaqla revanşa çağırış edib.