media-videoedited
media-l-rydhp2c4mg
media-shehidler_olmez_baner_full

“Biz Ermənistan Respublikasındakı soydaşlarımızın gələcəyini Ermənistan vətəndaşları kimi görürük”.

ERAmedia-ya açıqlamasında Regional məsələlər üzrə ekspert Firuz Novruzov bildirib ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan AŞPA-da bugünkü çıxışından sonra deputatlardan birinin sualına cavabında deyib. media-f-k-foto

Ekspert avropalı deputatın sualının təsadüfən səsləndirilmədiyini bildirərək imzalanması gözlənilən sülh sazişində “Qarabağ qaçqınları”, xüsusən də “onların əmlakı və mədəni irsi məsələsinin” yer alıb-almayacağı ilə bağlı suala Paşinyanın “Açığını deyirəm – mən bunu real hesab etmirəm”- cavabının isə heç də səmimiyyətdən doğmadığı qənaətindədir: “Paşinyanın bu cavabı sülh danışıqlarının getdiyi bütün platformalarda Azərbaycanın beynəlxalq hüquq normalarını gözləməsi ilə yanaşı, öz mövqeyində israrlı olmasının nəticəsidir”.

Baş nazirin heç də göründüyü kimi səmimi olmadığını suala cavabda “Qaçqınların qayıdışı sülh üçün təhlükəlidir, çünki guya humanitar məsələlərin müzakirəsi ilə başlayan münaqişə sonda uzun sürən böhrana çevrilib və bunun nəticələri hamımıza məlumdur” fikirlərin səslənməsi ilə izah edən Firuz Novruzov hesab edir ki, adıçəkilən “münaqişə” Paşinyanın dediyi kimi, hansısa “humanitar məsələnin müzakirəsi zamanı” yox, Azərbaycan ərazilərinin ilhaqına yönələn silahlı təcavüz nəticəsində yaranmışdı.media-1759126684_1447801


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər