Niyaz Mustafaoğlunun sayca 13-cü kitabı işıq üzü görüb

Tanınmış yazıçı – pedaqoq, çoxsaylı məqalə və kitabların müəllifi Niyaz Mustafaoğlunun (Niyaz Mustafa oğlu Süleymanov) “Azərbaycanın ilk on bir nəfər Milli Qəhrəmanları ” adlı yeni kitabı nəşr olunub.
ERAmedia xəbər verir ki, müəllifin “Azərbaycanın ilk on bir nəfər Milli Qəhrəmanları” kitabında Qarabağ və milli vətənpərvəqlik mövzusunda son zamanlar qələmə aldığı müxtəlif janrlı şerləri və poemaları yer alıb.
“İMZA” nəşrlər evində çap olunan kitabın redaktoru Milli Elmlər Akademiyasının Hüquq və Sosialogiya İnstitutunun dissertantı Aysel Niyazqızıdır.
Xatırladaq ki, Niyaz Mustafaoğlu “Qaraqoyunlu-Ana Yurdum”, “Qərbi Azərbaycan mənimdir”, “Qaraqoyunlunun baş tacı-mənim doğma Çaykəndim”, “Qaraqoyunlu dərəsi”, “Tərsə çayının qırçın suları”, “Bala əfəndi”, “Türkün oğluyam”, “Tale yolları” və “Ey Böyük İnsan” adlı kitablarının müəllifidir.
Mələk Onur










