Niyaz Mustafaoğlunun sayca 15-ci kitabı çap olunub
Tanınmış yazıçı – pedaqoq, çoxsaylı məqalə və kitabların müəllifi Niyaz Mustafaoğlunun (Niyaz Mustafa oğlu Süleymanov) “Gülsüm ” adlı yeni kitabı nəşr olunub.
Bununla bağlı ERAmedia-ya açıqlamasında müəllif bildirib ki: “Gülsüm” kitabımda “Gülsüm” adlanan eyniadlı poemam və digər mövzularda poema və şeirlərim, eyni zamanda həyat yollarım haqqında bioqrafik yazılarım çap olunmuşdur. “Gülsüm” poemamda Qaçaq Kərəmin məsləkdaşı olmuş, müstəqil Azərbaycan uğrunda erməni daşnaklarına qarşı milli-azadlıq hərəkatının iştirakçısı Şəmkirli Gülsüm haqqında poemam verilmişdir.”
“İMZA” nəşrlər evində çap olunan kitabın redaktoru Milli Elmlər Akademiyasının Hüquq və Sosialogiya İnstitutunun dissertantı Aysel Niyazqızıdır.
Xatırladaq ki, Niyaz Mustafaoğlu “Qaraqoyunlu-Ana Yurdum”, “Qərbi Azərbaycan mənimdir”, “Qaraqoyunlunun baş tacı-mənim doğma Çaykəndim”, “Qaraqoyunlu dərəsi”, “Tərsə çayının qırçın suları”, “Bala əfəndi”, “Türkün oğluyam”, “Tale yolları”, “Ey Böyük İnsan” və “Azərbaycanın ilk on bir nəfər Milli Qəhrəmanları ” adlı kitablarının müəllifidir.
Mələk Onur









