media-videoedited
media-0a711180-cf96-4418-9207-b32942373c0a
media-shehidler_olmez_baner_full

Tanınmış pedaqoq, çoxsaylı məqalə və nəşrlərin müəllifi Niyaz Mustafa oğlu Süleymanovun (Niyaz Mustafaoğlu) “Tale yolları” adlı yeni kitabı işıq üzü görüb.

ERAmedia xəbər verir ki, “Tale yolları” kitabında müəllifin son dövrlərdə yazdığı nəzm nümunələri toplanıb, həmçinin təhsil veteranı kimi uğurlu fəaliyyətindən bəhs olunur.  “İMZA” nəşrlər evində çap olunan nəşrin redaktoru Milli Elmlər Akademiyasının Hüquq və Sosialogiya İnstitutunun dissertantı Aysel Niyazqızıdır.

Kitab pedaqoji kollektivlər və gələcəyin müəllimləri üçün nümunəvi vəsaitdir.

Qeyd edək ki, Niyaz Mustafaoğlunun “Qaraqoyunlu-Ana Yurdum”, “Qərbi Azərbaycan mənimdir”, “Qaraqoyunlunun baş tacı-mənim doğma Çaykəndim”, “Qaraqoyunlu dərəsi”, “Tərsə çayının qırçın suları”, “Bala əfəndi”, “Türkün oğluyam” adlı kitabları çapdan çıxıb. 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər