media-videoedited
media-3c22eb4a-cdc1-4001-98bd-092643664918
media-shehidler_olmez_baner_full

Tanınmış pedaqoq, həqiqi təhsil fədaisi Niyaz Süleymanovun (Niyaz Mustafaoğlu) “Türkün oğluyam” adlı yeni kitabı nəşr olunub.

ERAmedia xəbər verir ki, “Türkün oğluyam” kitabına müəllifin son dövrlərdə qələmə aldığı şeirləri və “İldırımçılar” poeması yer alıb. Kitabın adı da simvolik bir məna daşımaqla sözə olan böyük ehtiramın və etiqadın bariz təcəssümüdür. “İMZA” nəşrlər evində çap olunan nəşrin redaktoru Milli Elmlər Akademiyasının Hüquq və Sosialogiya İnstitutunun dissertantı Aysel Niyazqızıdır.

Qeyd edək ki, Niyaz Mustafaoğlunun “Qaraqoyunlu-Ana Yurdum”, “Qərbi Azərbaycan mənimdir”, “Qaraqoyunlunun baş tacı-mənim doğma Çaykəndim”, “Qaraqoyunlu dərəsi”, “Tərsə çayının qırçın suları”, “Bala əfəndi” adlı kitabları çapdan çıxıb. 

 

 

 

 

 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər