media-kalendar-2026

Bu maraqlı fakt “The Rest is Science” adlı populyar elmi podkastda səsləndirilib və onun bir hissəsi “TikTok”da viral olub.

ERAmedia-nın məlumatına görə, elmi kontentin tanınmış yaradıcısı Maykl Stivens (Vsauce kimi tanınır) etiraf edib ki, ilin niyə məhz yanvarın 1-dən başladığını özü də bilmir.

Bir çoxlarını təəccübləndirən cavabı isə riyaziyyat professoru Hanna Fray verib.

Frayın sözlərinə görə, qədim dövrlərdə Yeni il ümumiyyətlə qışda qeyd olunmurdu. Romalılarda təqvim ili uzun müddət yazın gəlişi və kənd təsərrüfatı işlərinin başlanğıcı ilə əlaqədar olaraq 1 martdan başlayırdı.

Bundan başqa, ilk Roma təqvimi cəmi 10 aydan ibarət idi — martdan dekabra qədər. Məhz buna görə də bəzi ayların adları bu gün də təqvimdəki yerləri ilə uyğun gəlmir.

Məsələn:

sentyabr — septem (“yeddi”),

oktyabr — octo (“səkkiz”),

noyabr — novem (“doqquz”),

dekabr — decem (“on”).

Professorun sözlərinə görə, həmin dövrdə yanvar və fevral ayları ümumiyyətlə mövcud deyildi.

Roma təqvimində təxminən 60 gün davam edən ayrıca qış dövrü var idi. Bu günlər təqvimə daxil edilmirdi, çünki soyuq mövsümdə kənd təsərrüfatı aparılmır, bazarlar açılmır və mühüm dövlət hadisələri baş vermirdi.

Hanna Fray qeyd edib ki, qış “gözləmə dövrü” hesab olunur və günlərin dəqiq hesablanmasına ehtiyac duyulmurdu.

Təxminən e.ə. 713-cü ildə romalılar təqvimə əlavə günlər daxil etdilər və bu günlər sonradan yanvar və fevral adlarını aldı. Lakin buna baxmayaraq, ilin başlanğıcı hələ də mart ayına təsadüf edirdi.

Hər şey e.ə. 153-cü ildə dəyişdi və bunun əsas səbəbi siyasət oldu.

Frayın sözlərinə görə, həmin il İspaniyada iğtişaşlar baş verdi və Roma ordusuna rəhbərlik edəcək yeni konsulların təcili təyin olunmasına ehtiyac yarandı. Ancaq qaydalara əsasən, konsullar yalnız ilin əvvəlində vəzifələrinin icrasına başlaya bilərdilər.

Problem ondadır ki, 1 martadək bir neçə ay qalırdı və Romanın gözləməyə vaxtı yox idi. Bu səbəbdən hakimiyyət qaydanı dəyişmək əvəzinə, ilin başlanğıcını 1 martdan 1 yanvara keçirmək qərarına gəldi.

Beləliklə, siyasi zərurət təqvimi birdəfəlik dəyişdirdi.

Geniş yayılmış fikrə görə, iyul və avqust ayları Yuli Sezar və imperator Avqustun şərəfinə sonradan təqvimə əlavə edilib. Əslində isə bu aylar əvvəldən mövcud idi və Quintilis (beşinci ay) və Sextilis (altıncı ay) adlanırdı. Sonradan sadəcə olaraq adları dəyişdirilib.

Vural


media-adspc

Bənzər xəbərlər