media-490958364_3600726343392948_3697715554204164322_n
media-718868433_4108554325943478_9210328324217781673_n
Psixologiya və davranış iqtisadiyyatı sahəsində aparılan araşdırmalar göstərir ki, insanın xoşbəxtliyi təkcə gəlirlə deyil, daha çox müqayisə etdiyi çevrə, gələcəklə bağlı qeyri-müəyyənlik və mənalı həyat hissi ilə bağlıdır.
Mənim müşahidəmə görə, Azərbaycan cəmiyyətində gərginliyin əsas səbəbləri bunlardır:
1. Müqayisə epidemiyası
Sosial şəbəkələr hər kəsi başqasının uğuru ilə üz-üzə qoyur. İnsan artıq öz həyatını yox, başqasının “vitrin həyatını” yaşayır. Nəticədə maddi təminatı olan şəxs belə özünü geridə hiss edir.
2. Təhlükəsizlik hissinin zəifliyi
Bir çox insan bu gün yaxşı yaşayır, amma sabahın necə olacağından əmin deyil. Psixologiyada buna “gələcək qeyri-müəyyənliyi stresi” deyilir. İnsan qazandığını itirməkdən daha çox qorxur.
3. Dəyər boşluğu
Keçmişdə insanlar ailə, məhəllə, dostluq və mənəvi bağlarla daha çox qidalanırdı. Bu gün isə uğur çox vaxt yalnız pul və statusla ölçülür. Pul artdıqca mənanın azalması paradoksu yaranır.
4. Daimi yarış rejimi
Bir çox insanlar həyatlarını inkişaf yox, yarış kimi yaşayırlar. Yarışın sonu isə yoxdur. Daha böyük ev, daha bahalı maşın, daha yüksək vəzifə… Beyin heç vaxt “çatdım” siqnalı vermir.
5. Şükranlıq əzələsinin zəifləməsi
Neyropsixoloji tədqiqatlar göstərir ki, insan beyni təhlükələri və çatışmazlıqları uğurlardan daha tez görməyə proqramlaşdırılıb. Şükranlıq isə təbii deyil, məşq olunan bir bacarıqdır. Məşq edilməyəndə insanın diqqəti avtomatik olaraq çatışmayanlara yönəlir.

Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant

media-adspc

Bənzər xəbərlər